Polşa öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.
Sfera.az bildirir ki, bunu ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. O, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı sözlərini belə şərh edib:
“Polşa Ukraynaya qoşun göndərməyə hazırlaşmır və göndərməyəcək”.
Kreml rəsmisi Dmitri Peskov isə Qərb siyasətçilərinin Ukraynaya qoşun yeritmək barədə müzakirəsini “çox təhlükəli” adlandırıb.
Oxu24.com
ŞƏRHLƏR