Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108004
az

Mehriban Zəki ilk dəfə Oqtay Əliyevin vəfat etdiyi qəzadan danışdı - VİDEO

14:3406 May, 2024
128
ŞOU-BİZNES
  • A

Xalq artisti Mehriban Zəki ilk dəfə Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə nəticələnən avtomobil qəzasından  danışıb.

"Ötən günlər" verilişində qonaq olan aktrisa qəza anını belə xatırlayıb:

"Bu il boyu bu barədə danışmadım. Və mənə edilən zənglərdən imtina etdim. Heç bir televiziyada çıxıb bu barədə danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirdim. Hər gün bunu özümdə analiz edirdim. Əvvəla mən də böyük xəsrət almışdım. Fikirlərim bir qədər dağılmışdı. O günü yadıma salanda, o ki, maşın yoldan kənara çıxdı başımı qaldırıb "Oqtay, Oqtay!" deyə, onu çağırmağa başladım. Və anladım ki, Oqtay yoxdur. Dönüb ona baxmağa belə məqam yox idi. Sanki Oqtay susmağı ilə yenə mənə "heç bir problem yoxdur" dedi. İlk zərbədə huşumu itirdim. Özümə gələndə ilk Dilarənin səsini eşitdim, "Mehribanın üzü qandır, Oqtay, Oqtay!". Nə baş verdiyini dumanlı şəkildə xatırlayıram. Sonra sosial şəbəkələrdə o şəkillərə baxanda, "sağolsun" o insanlar. Bunlar naxoş olan şeylərdir. İnsanın qəzasını, faciəsini o şəkildə paylaşmazlar. Şəkillərə baxanda gördüyüm halım heç yadımda deyil. Xatırladığım, gözümü qaldırdım Oqtayı gördüm, yerdə uzanmışdı, sonra yenə huşumu itirdim. Hər dəfə gözümü açdıqca soruşurdum ki, "Dilarə , Oqtay necəsdir?" Cavab verirdilər, "Yaxşıdır hər şey. Ən pis vəziyyətdə olan sənsən". Mənə son ana qədər bunu demədilər. Oqtayın dünyasını dəyişdiyini səhəri gün bildim. Oqtay buna rəğmən o susqunluğu ilə yenə də sanki "Problem yoxdur" deyirdi. Dilarənin bir sözü də yadımdadır, "Onun üzünə baxanda xoşbəxt ifadə var idi". Allah ona rəhmət etsin. Onu yalnız xoş xatirələrlə anırıq. Və Oqtay, problem yoxdur!".

Onun çıxışı zamanı O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

31 yaşını Misirdə qeyd etdi- Fotolar
“Ölkənin yanğını, daşqını ilə niyə mən mübarizə aparmalıyam?”- Video
Natavan Həbibi bacısını axtarır

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Bayram axşamı qətllər törədən Arifin cəzası   bu   oldu