Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107982
az

“Azərlotereya” “Bakı Marafonu-2024”də 

11:5406 May, 2024
326
CƏMİYYƏT
  • A

“Azərlotereya” növbəti dəfə  “Bakı Marafonu - 2024”ün tərəfdaşı kimi iştirak edərək mötəbər tədbirə dəstək olub.

“Küləyə qalib gəl” şüarı altında yeddinci dəfə keçirilən marafonun məqsədi ölkəmizdə sağlam həyat tərzinin önəmini vurğulamaq və idmanın inkişafına dəstək göstərməkdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də təşkil olunan marafonda 18 mindən çox iştirakçı qatılıb.

Yarışın əyləncə zonasında “Azərlotereya” stendinə yaxınlaşan qonaqlar üçün bir-birindən maraqlı oyunlar təşkil olunub.  Qazanan iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib. 
Yeddinci dəfə keçirilən Bakı Marafonunun start nöqtəsi ilə yanaşı finişi də əvvəlki ildə olduğu kimi Dövlət Bayrağı Meydanında olub və 21 kilometrlik məsafəni əhatə edib.

Böyük coşqu ilə keçən marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşları da qoşulublar.

Qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı, idman mərc oyunları operatoru “Azərlotereya” korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində bundan sonra da ölkə əhəmiyyətli tədbirlərə dəstək olmağa davam edəcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda rəfiqələr birləşib qadını öldürdü - Səbəb dəhşətə gətirir
Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?
Bu əlamətlər varsa böyrəyiniz xəstədir - Dərhal həkimə müraciət edin!

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu