Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107964
az

Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi

23:5805 May, 2024
107
DÜNYA
  • A

Məşhur amerikalı müğənni Madonnanın konserti üçün Braziliyanın Kopakabana çimərliyinə təxminən 1,6 milyon insan toplaşıb.

Bu haqda “The Guardian” məlumat yayıb.

Bildirilib ki, “Celebration World Tour”un yekun konsertində iştirak etmək pulsuz olub.

Qeyd olunur ki, təkcə çimərlik deyil, həm də Rio-de-Janeyroya bitişik küçələr insanlarla dolu idi.

Rio-de-Janeyroda havanın temperaturu gün ərzində 30 dərəcəyə, konsert zamanı isə 27 dərəcəyə çatdığı üçün içməli su konsertə gələnlərə pulsuz paylanılıb.

65 yaşlı ifaçının iki saatdan çox davam edən konsertində üç mindən çox polis əməkdaşı çalışıb. Ştat və şəhər hakimiyyət orqanları konsertin təşkili üçün təxminən 3,94 milyon dollar xərclədiklərini deyirlər. Qalan xərclər özəl investorlar tərəfindən ödənilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktyorun bank hesabları bloklandı
Özbək ifaçının “Bayatı-Şiraz”ı hamını ovsunladı -VIDEO
İbrahim Tatlısəs əməliyyat oldu: vəziyyəti açıqlandı

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü