Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107937
az

İran Türkiyənin İsraillə bağlı qərarından razı qalıb

14:3205 May, 2024
174
DÜNYA
  • A

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Türkiyənin İsraillə ixrac-idxal əməliyyatlarını dayandırmaq qərarını “yüksək qiymətləndirib”.

 

Oxu24.com  xəbər  verir  ki, İran mətbuatı yazır ki, o, bunu Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib.


Abdollahian Türkiyə hökumətinin son qərarını “son dərəcə vacib” adlandırıb.

 

O, həmçinin İslam ölkələrinin, xüsusilə də İran və Türkiyənin Fələstin məsələsinə dəstəkdə daha güclü və fəal rol oynamasının vacibliyini xatırladıb.

 

Mayın 3-də Türkiyənin Ticarət Nazirliyi ölkənin İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırdığını açıqlayıb.

 

Agentlik bildirib ki, məhdudlaşdırıcı tədbirlər İsrail Qəzzada atəşkəs elan edənə və anklava “fasiləsiz və kifayət qədər humanitar yardım axınını” təmin edənə qədər davam edəcək.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var
Türkiyədə partiya sədri saxlanıldı
Qəzzada ölənlərin sayı 47 mini keçdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü