Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, NZS qəsəbəsində 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu dava zamanı bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxu24.com
ŞƏRHLƏR