Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107901
az

Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi

22:2004 May, 2024
120
SİYASƏT
  • A

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirak və çıxış edib.

OXU24.COM  xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"dəki hesabında yazıb.

İƏT çərçivəsində birlik və əməkdaşlığın təşviqi istiqamətində uğurlu sədrlik təcrübəsi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edən nazir Ceyhun Bayramov, İƏT sədrliyini təhvil alan Qambiyanı təbrik edərək, İslam həmrəyliyinin daha da gücləndirilməsi və irəlilədilməsi fəaliyyətində uğurlar arzulayıb.

Sammitin mövzusu “Daha Yaxşı Gələcək üçün Birlik və Əməkdaşlığ”a uyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslam dünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədə həmrəyliyi dəstəklədiyi diqqətə çatdırılıb.

Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız İslamofobiya meylləri, habelə müqəddəs Qurani-Kərimin yandırılma aktları ilə mübarizədə İslam dini və mədəniyyətinin düzgün təşviqinin əhəmiyyəti qeyd olunub.

Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizin müxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlı dünya quruculuğunu dəstəklədiyi bildirilib.

Keçmiş işğal dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə münasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyini məmnunluqla xatırlayan nazir Ceyhun Bayramov, Azərbaycanın da İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyini diqqətə çatdırıb.

Hazırda bütün İslam dünyasını dərindən narahat edən Fələstin məsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həll yolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçün ağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlı dəstək göstərdiyi qeyd edilib.

İƏT çərçivəsində müxtəlif, o cümlədən iqtisadi inkişaf, təhsil, səhiyyə, mədəniyyət kimi sahələrdə əməkdaşlığın məmnunluq doğurduğu, habelə birgə fəaliyyət üçün digər istiqamətlər üzrə də geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Xüsusilə, ölkəmizin öz enerji portfelini genişləndirərək ənənəvi enerji mənbələrindən külək, günəş, su kimi alternativ mənbələrə keçid istiqaməti tutduğu, habelə öz strateji mövqe və infrastruktur imkanlarını bağlantılar sahəsinə yönətldiyi bir dövrdə İƏT dövlətləri ilə bu sektorlarda əməkdaşlığın inkişafında maraqlı olduğumuz bildirilib.

Ceyhun Bayramov postmünaqişə dövründə mövcud regional vəziyyət, imkanlar və çağırışlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, bu işlərə təhlükə törədən mina təhdidi, Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər barədə ətraflı məlumat verib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimizdən bəhs edən nazir Ceyhun Bayramov, qlobal iqlim dəyişikliyindən ən çox əziyyət çəkən regionlardan biri kimi İƏT bölgəsinin bu təhdidlə mübarizədə vahid mövqedən çıxış etməsinin və səylərin səfərbərliyinin əhəmiyyətini vurğulayıb.

Sonda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.

Kommunikedə, həmçinin İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb, Ermənistan bir daha İslam irs nümunələrinin dağıdılmasına görə qınanılıb.

Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.

2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsini təsdiqləyən Kommunikedə, həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.

Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.

Bizi Telegram-da izləyin
  
SİZƏ MARAQLI GƏLƏ BİLƏR
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ


Ceyhun Bayramov Hakan Fidanla görüşdü - YENİLƏNDİ


Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması... - XİN


Azərbaycan Ordusu Tavuşu atəşə tutub? - Ermənistan MN-dən açıqlama


Ermənistanda çağırış: Tavuşdakı etiraz nəticə verməyəcək, İrəvanı almaq lazımdır


Bu ölkələrin liderləri COP29-a dəvət edildi

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır