Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107867
az

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil

22:1703 May, 2024
197
DÜNYA
  • A

ABŞ-nin Los-Anceles şəhərində mağazanın dayanacağında adamyeyən görüntülənib.

29 yaşlı evsiz Kolin Çex ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, kişinin başını asfalta çırpmağa başlayıb, sonra isə əyilib onun üzünü yeməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Polis əməkdaşları hadisə yerinə gələndə Çexin qurbanın üzərinə əyildiyini görüblər. Onun əlləri, üzü və paltarları qan içində olub. Sonradan məlum olub ki, Çex kişinin qulağını və gözünü yeyib. Qurbanın daha sonra Kennet Braun olduğu müəyyən edilib: onu xilas etmək mümkün olmayıb. Braun başının asfalta çırpılması nəticəsində aldığı travmalardan vəfat edib.

Çex həbs olunarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının heç bir sualına cavab verə bilməyib. Cinayətkar nəzarət altına götürülüb, sonra isə huşunu itirdiyi üçün xəstəxanaya göndərilib. Daha sonra Çex müstəntiqlərə evsiz olduğunu və son beş gün ərzində yatmadığını, hansısa varlığın ona hakim olduğunu bildirib. Çex həmçinin qeyd edib ki, guya ilk olaraq Braun ona hücum edib, o, özünü qulyabanı ilə döyüşürmüş kimi hiss edib və ilahi güc ona qalib gəlməyə kömək edib. Kişi başındakı səslərin ona hansısa Dreykə hücum etməyi əmr etdiklərini və Braunu onunla səhv saldığını deyib. Çex həmçinin hücum üçün dişlərini istifadə etdiyini etiraf edib.

Onun işi üzrə keçirilən ilk məhkəmə iclası zamanı həmin şəxs özünü qəribə aparıb və mimikaları tez-tez dəyişib. Çexin vəkili məhkəmədə onun ruhi xəstə olduğunu deyib. Kişi psixiatrik müayinədən keçəcək. Növbəti iclas mayın 24-nə təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...
ABŞ-də ticarət mərkəzində atışma: 4 nəfər öldü
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO