İsrail radikal HƏMAS qruplaşmasına Qəzza zolağında atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda İDF Rəfahda hərbi əməliyyata başlayacaq.
Oxu24.com xəbər verir ki,bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.
“İsrail HƏMAS-a atəşkəs razılaşması ilə razılaşmaq üçün bir həftə vaxt verib, əks halda Rəfahda hərbi əməliyyat keçirəcək”, mətndə deyilir.
Materialda həmçinin qeyd olunur ki, HƏMAS nümayəndə heyəti İsrail tərəfi ilə atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün Qahirəyə gələcək.
Bundan əvvəl “The Wall Street Journal” İsrail və Misir rəsmilərinə istinadən yazıb ki, İsrail Fələstinin Həmas qruplaşması ilə atəşkəs və girovların mübadiləsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazırdır.
Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat keçirmək və müharibənin bəyan edilmiş bütün məqsədlərinə nail olmaq niyyətini təsdiqləyərək, ölkənin başqa seçimi olmadığını qeyd edib.
Afət
Oxu24.com
ŞƏRHLƏR