Hava hücumu zonası Ukraynanın bütün bölgələrinə yayılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bundan bir qədər əvvəl Ukraynanın şimal-şərqindəki Xarkov şəhərində partlayış baş verib.
Rusiya ordusu Ukrayna infrastrukturunu 2022-ci ilin oktyabrında, Krım körpüsünün partlamasından qısa müddət sonra hədəfə almağa başlayıb.
O vaxtdan bəri Ukraynanın müxtəlif bölgələrində, tez-tez ölkə daxilində hava hücumu xəbərdarlığı müntəzəm olaraq elan edilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, energetika sektoru, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə obyektlərinə hücumlar həyata keçirilir.
Afət
Oxu24.com
ŞƏRHLƏR