Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107828
az

Yunis Səfərovun şikayəti rədd edildi

16:1403 May, 2024
124
KRİMİNAL
  • A

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı planlaşdırılmış terror aktı törətməkdə təqsirli bilinən Yunis Səfərov və dəstə üzvlərinin kassasiya şikayətlərinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumların vəkilləri çıxış ediblər.

Yunis Səfərovun vəkili ömürlük məhkum edilmiş müvəkkilinin cəzasının yüngülləşdirilməsini, digər müttəhimlərin müdafiəçiləri isə bəraət istəyiblər.

Öz növbəsində prokuror əvvəlki qərarın dəyişdirilmədən saxlanılmasını tələb edib.

Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə heyəti prokurorun mövqeyini əsaslı hesab edib.

Qərara əsasən, məhkumların vəkilləri tərəfindən verilmiş kassasiya şikayətlərinin hamısı rədd edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18 ildən 20 ilə kimi müddətə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi də hökmü qanunauyğun hesab edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Ata və oğul həbs olundu
Zaqatalada daha bir yeni doğulan körpə öldü
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu