Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107824
az

Zəlzələdə həyatını itirsə də, klub 400 minini ödəmir

15:4703 May, 2024
101
İDMAN
  • A

Türkiyə klubu “Yeni Malatyaspor” 2023-cü ildə baş verən zəlzədə həyatını itirən futbolçusu Ahmet Eyüp Türkaslanın borclarını ödəmir.

Oxu24.com xəbər verir ki, bu barədə komandanın keçmiş prezidenti Ahmet Özköse məlumat verib. 

O bildirib ki, A.E.Türkaslana olan 400 min lirəlik borc hələ də qalmaqdadır. 

Sabiq klub rəsmisi bunda hazırkı klub prezidenti Adil Gevreki günahlandırıb. A.Özköse açıqlamasında klub rəhbərini istefaya çağırıb:

“Mənim ən çox üzüldüyüm şey odur ki, zəlzələdə həyatını itirən qapıçımız Ahmetin pulu ödənmir. Zəlzədən sonra həmin pulu ödəmək haqqında qərar aldıq. Daha sonra bir hesab yaratdıq və Ahmetə göndərilməsi üçün pul toplamağa başladıq. Təxminən 6 milyon lirə yığıldı. İndi maliyyə işlərinə cavabdeh adamdan bunu soruşanda deyir ki, həmin pullar A.Gevrekin kassasındadır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldo unikal rekorda    imza    atıb
Millimizin Avropa Kubokundakı    rəqibləri     bilindi
“Qarabağ” daha bir legionerini satır?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi