Paytaxtın Suraxanı və digər ərazilərində soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı tədbirlər davam etdirilib.
Oxu24.com DİN-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərində keçirdikləri tədbirlərlə 5 obyektdən xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 162 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Suraxanı RPİ-nin 33-cü PB əməkdaşları tərəfindən də Yeni Günəşli qəsəbəsində yerləşən mağazalardan birindən 73 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanıb.
Analoji tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın Nərimanov və Xəzər rayonlarında da həyata keçirilib. Qeyd edilən rayonların əarazisində yerləşən 4 mağazadan 126 ədəd insan sağlamlığına xəsarət yetirmək təyinatına malik bıçaq və digər kəsici alətlər götürülüb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR