Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107805
az

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

13:1403 May, 2024
117
CƏMİYYƏT
  • A

Bu il Azərbaycanda ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb.

Oxu24.com xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbirdə bildirib.

Ş.Məmmədova qeyd edib ki, 2023-cü ildə isə ekoloji hüquqpozma faktları üzrə 133 cinayət işi başlanılıb.

“2023-cü ildə 41 təqdimat göndərilib. Eyni zamanda, 2023-cü ildə 2 milyon 655 min manat dövlət büdcəsinə ziyan ödənilib”.

Şəbnəm Məmmədova xatırladıb ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ötən ay Baş Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları ağacəkmə kampaniyası çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1500-dən çox ağac əkilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ