Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107796
az

DYP-dən "Təmiz hava" aylığı ilə bağlı AÇIQLAMA

12:2003 May, 2024
91
CƏMİYYƏT
  • A

Elan olunduğu kimi cari ilin may ayının 15-dən iyun ayının 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək.

Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirəcəyi sözügedən tədbirin əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı ilə əlaqədar bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.

Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faciəvi şəkildə ölən Süleymanın FOTOSU
Yeni təyinat olub - FOTO
Sürücülər cərimələnməmək üçün görün hansı təhlükəli üsula əl atırlar -VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+