Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107771
az

Qapalı məkanlarda siqaret çəkənlər cərimələndi

10:2003 May, 2024
128
CƏMİYYƏT
  • A

Qazaxda ictimai qaydanı pozan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər müəyyən olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və 10 nəfər barəsində inzibati protokol tərtib olunub.

Bundan başqa sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə də tədbirlər keçirilib. Rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Qaydalara əməl etməyən 6 nəfər inzibati məsuliyyətə cəlb olunub. 

Müxtəlif sahələrdə davam etdirilən monitorinqlər zamanı qanunsuz küçə ticarəti və avaralıqla məşğul olan, eləcə də mülki silahların saxlanma qaydasını pozduğuna 10 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İntihar edən gənc bu universitetin      tələbəsi     imiş
SİMA həmin mesajlarla bağlı açıqlama yaydı
Qubadlıda yük maşını aşdı, sürücü    köməksiz    qaldı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
İlqar Mustafayevin həbs     müddəti    uzadıldı