Polis Tbilisinin mərkəzində, Qəhrəmanlar meydanında “xarici agentlər” qanununa qarşı nümayiş zamanı kütləvi həbslərə başlayıb.
OXU24.COM "NewsGeorgia"ya istinadla xəbər verir ki, əksəriyyəti tələbələrdən ibarət onlarla insan yolu bağlayıb.
Bildirilib ki, etirazçılar bir saatdan çox nəqliyyatın qarşısını kəsiblər. Sonra polis yolun təmizlənməsini tələb edib və etirazçıları zorla aparmağa başlayıb. Altı nəfər həbs edilib.
Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqə qatılan böyük bir qrup hazırda etirazçılara qoşulmaq üçün Qəhrəmanlar meydanına doğru hərəkət edir.
Oxu24.com
ŞƏRHLƏR