Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107746
az

Estoniya ABŞ-ın Ukraynaya yeni yardım paketinin sonuncu olacağını istisna etməyib

20:2402 May, 2024
134
DÜNYA
  • A

ABŞ-ın Ukraynaya yeni müdafiə yardımı paketi sonuncu ola bilər.

 

Oxu24.com  xəbər  verir  ki, bu fikri Sosial Demokratlar Partiyasından olan estoniyalı deputat Raimond Kaljulaid Estoniyanın ERR dövlət televiziya və radiostansiyasına müsahibəsində deyib.

 

"Ola bilsin ki, həm demokratlar, həm də respublikaçılar son qərarı Ukraynaya son yardım paketi kimi qəbul ediblər", - parlamentar hesab edir.

 

Kaljulaid hesab edir ki, Ukrayna, amerikalı siyasətçilərin fikrincə, bu yardımı elə paylamalıdır ki, qarşıdakı danışıqlarda daha güclü mövqe əldə etsin.

 

Materialda qeyd olunur ki, yardım paketi ABŞ-da sonuncu kimi qəbul edilib, çünki onun bir neçə aylıq gecikmələrdən sonra təsdiqlənməsi sülh danışıqları və Ukrayna münaqişəsinə son qoymaq perspektivi ilə şərtlənib. Eyni zamanda, Estoniya Kiyevin lazımi müdafiə yardımını almağa davam etməsinin tərəfdarıdır.

 

"Biz Ukraynanın hazırkı hərbi və siyasi məqsədlərini dəstəkləməliyik", - deputat yekunlaşdırıb.

 

Bundan əvvəl ABŞ Senatı 95 milyard dollarlıq Ukrayna, İsrail və Tayvana çoxdan gözlənilən yardım paketini təsdiqləyib.

 

Bundan əvvəl ABŞ etiraf etmişdi ki, Qərbin Ukraynaya yardımı Putini qorxutmur.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
"O ses Türkiye"nin yeni münsifləri açıqlandı - O da olacaq...
Vinisius ən yaxşı seçildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO