Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107736
az

Gürcüstan hakimiyyəti ABŞ-dan imtina etdi

19:3102 May, 2024
92
DÜNYA
  • A

Gürcüstan hökuməti ABŞ-ın yüksək səviyyəli liderləri ilə Amerika yardımı problemlərini birbaşa müzakirə etməkdən imtina edib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan yazılı açıqlamada deyilir.


“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli üzvlərini strateji tərəfdaşlığımızı və ABŞ yardımı ilə bağlı hər hansı narahatlığı müzakirə etmək üçün Birləşmiş Ştatların yüksək vəzifəli rəsmiləri ilə birbaşa əlaqə saxlamağa dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvəti qəbul etməməyi üstün tutdu”, - Dunniqan bildirib.

 

Amerika səfirinin sözlərinə görə, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarlar “ölkəni Avro-Atlantik gələcəyindən ayırıb”. Diplomat xatırladıb ki, hakim “Gürcü arzusu” “xarici agentlər” haqqında qanun qəbul etmək əzmində olduğunu nümayiş etdirir, “Aİ-nin açıq bəyanatına görə, bu, Gürcüstanın Aİ-yə daxil olmaq istəkləri ilə bir araya sığmır”.

 

"Hakim partiyanın bəzi nümayəndələri Gürcüstanın suverenliyinin ən güclü müdafiəçilərinə - ABŞ və Aİ-yə hücum etməyi seçdilər", - Dunniqan əlavə edib.

 

Bütün bunlara baxmayaraq, Birləşmiş Ştatlar Gürcüstanla “güclü münasibətlər”ə sadiqliyini bir daha təsdiqləyir.

 

Səfir Gürcüstan hakimiyyətini ölkənin Gürcüstan Konstitusiyasında yazıldığı kimi Avro-Atlantik gələcəyə sadiqliyini bir daha təsdiq etməyə çağırıb.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb