Sorğuda iştirak edən 18 yaşdan yuxarı Böyük Britaniya oyunçularının demək olar ki, yarısı Grand Theft Auto VI 2025-ci ildə satışa çıxarıldıqda almaq niyyətində deyil.
Oxu24.com xəbər verir ki, bu barədə Insider-Gaming portalı Statista şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 49%-i Rockstar Games-in yeni məhsuluna maraq göstərmir - 45%-i kriminal seriyanın altıncı hissəsini almaq istəmədiklərini, digər 4%-i isə hələ qərar vermədiyini bildirib.
Respondentlərin yalnız 41%-i GTA VI almaq arzusunu ifadə edib.
Tədqiqatın nəticələri 2024-cü ilin aprel ayının sonunda dərc edilib, baxmayaraq ki, sorğu 2023-cü ilin noyabrında aparılıb. Eyni zamanda, oyunun ilk nümayişi yalnız dekabr ayında - GTA VI treylerinin buraxılması ilə baş tutdu. Ola bilsin ki, videoya baxdıqdan sonra respondentlərdən bəziləri hələ çıxmamış oyunla bağlı fikirlərini dəyişə bilər.
Grand Theft Auto VI 2025-ci ildə PlayStation 5 və Xbox Series X/S konsolları üçün buraxılacaq açıq dünya döyüş oyunudur. Oyun qondarma Leonidas əyalətində və Vice City şəhərində iki qanqsterin - qız Lucia və onun yoldaşı Ceysonun həyatından bəhs edəcək.
Nigar
Oxu24.com
ŞƏRHLƏR