Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107715
az

"Bu, kredit faizlərinin aşağı düşməsinə təsir etməyəcək" - Natiq Cəfərli

16:4002 May, 2024
147
İQTİSADİYYAT
  • A

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsini endirib.

Belə ki, qurumun İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5 faizdən 7.25 faizə, faiz dəhlizinin yuxarı həddi 8.5 faizdən 8.25 faizə endirilib. Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25 faiz saxlayıb.

Bəs, uçot faiz dərəcəsinin endirilməsi kredit faizlərinə, manatın məzənnəsinə necə təsir edəcək?

Mia.az-ın məlumatına görə, məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, Mərkəzi Bankın bu qərarı kredit faizlərinin aşağı düşməsinə təsir etməyəcək:

“Bu il devalvasiya olmayacaq. Amma 2025-in sonu 2026-nın əvvəli hökumət bu addıma getməyə məcbur qalacaq”.

İqtisadçının sözlərinə görə, inkişaf etmiş ölkələrin mərkəzi bankları, Türkiyə Mərkəzi Bankı və s. qərar verərkən qiymətli kağızlar bazarını, məzənnə siyasətini nəzəra alır.

"İnflyasiya basqılarını azaltmağa çalışır. Bizdə isə qiymətli kağızlar bazarı yoxdur, bazar iqtisadiyyatının institutları isə ya yoxdur, ya zəifdir, məzənnə inzibatidir. Ona görə də, Mərkəzi Bankın bütün istəklərinə, müasir iş prinsipləri üzrə fəaliyyət qurmaq cəhdlərinə baxmayaraq, iqtisadiyyatın özündən qaynaqlanan problemlərə görə qərarları ciddi effekt yarada bilmir. Yəni, Mərkəzi Bank bu sistemdə nə qədər çalışsa da, təsir mexanizmləri yaratmaqda çətinlik çəkir. Deməli, iqtisadi sistem dəyişməlidir ki, Mərkəzi Bank da dövlət orqanı olaraq həm hökumətə, həm də iqtisadiyyata ciddi təsir mexanizmləri yarada bilsin”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq? - AÇIQLAMA
Dollar bahalaşa bilər
Azərbaycanda istehsal olunan avtobusların satışı            ƏDV-dən azad ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı