Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107705
az

Hindistan vətəndaşı Bakıda şri-lankalılara qarşı dələduzluq etdi - VİDEO

16:0702 May, 2024
46
KRİMİNAL
  • A

Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, təhsil almaq məqsədilə Azərbaycan Respublikasının ərazisinə gəlmiş 5 nəfər Şri-lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb.

DİN-dən verilən məlumata görə, araşdırmalarla məlum olub, M.Prashant guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Şri-lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.

Xarici ölkə vətəndaşlarına qarşı qeyd olunan qanunazidd əməlləri törəkməkdə şübhəli bilinən M.Prashant barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO
Bakıda 2600 manatlıq antik samovar oğurlandı - FOTO
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu