Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107692
az

Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA

14:4002 May, 2024
175
KRİMİNAL
  • A

Bakının Səbail rayonu ərazisində - Nizami küçəsində Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Şahin Cavadov və Asif Bağışova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, hər iki gənc Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, gənclər ötən il fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində Pakistan vətəndaşı Umar Farooqa bıçaqla hücum edərək içərisində 2 000 ABŞ dolları, 50 manat və sənədlər olan pulqabısını quldurluq yolu ilə talayıblar. Belə ki, pul kisəsi arxa cibində açıq görünən turist 26 yaşlı Şahinin və 24 yaşlı Asifin diqqətini çəkib və onlar həmin şəxsi təqib ediblər. Daha sonra əcnəbiyə hücum edən şəxslər onun pulqabısını götürərək qaçıblar.

Məhkəmənin hökmü ilə Şahin Cavadova 9, Asif Bağışova isə 8 il həbs cəzası verilib.

Qeyd edək ki, həbs edilən gənclər əvvəllər də oxşar əməllərə görə məhkumluq həyatı yaşayıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü
Azərbaycanda 15 yaşlı qız intihar etdi