Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107691
az

Aİ səfiri Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası istiqamətində irəliləyişi alqışlayıb

14:3402 May, 2024
117
SİYASƏT
  • A

“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsini yüksək qiymətləndirir və həmçinin ölkələr arasında sərhədlərin delimitasiyası istiqamətində irəliləyişləri görməkdən məmnundur”.

“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.

Səfir xatırladıb ki, Aİ Bakı ilə İrəvan arasında sülh prosesinin və danışıqların dəstəklənməsi prosesində iştirak edib:

“Biz görürük ki, sülh sazişi üzrə danışıqlar davam edir, sərhədlərin delimitasiyası prosesi də gedir”.

O, Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident həmkarlarını               təbrik              etdi
Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili     XİN-ə        çağırıldı
ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Saxta pul dövriyyəyə buraxanlar    həbs      edildi