Qaynar xətt:

(+99450) 247 90 86

“Qarabağ” reytinqdə gerilədi

İDMAN

155

02.05.2024, 13:59

Azərbaycan Premyer Liqası komandalarının reytinqləri bəlli olub. 

Oxu24.com xəbər verir ki, bu barədə “Opta” idman analitikası şirkəti məlumat açıqlayıb. 

Çempionluğunu rəsmiləşdirən “Qarabağ” reytinqin ilk “100-lüy”ündən kənarda qalıb. Klub 118-ci sıraya geriləyib. Digər komandalarımızdan “Zirə”, “Turan Tovuz”, “Səbail” və “Qəbələ”də də geriləmə müşahidə olunub.

Əvəzində “Sabah”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Araz-Naxçıvan” irəliləyişə nail olublar. “Qarabağ”la yanaşı, “Sabah”, “Neftçi” və “Zirə” də siyahının ilk “1000-liy”inə düşüblər.

Dünya reytinqinə “Mançester Siti” başçılıq edir. İngiltərə klubu 100 xala malikdir. İkinci sırada “Real” (98), üçüncü pillədə isə “İnter” (97,6) qərarlaşıb.