Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107633
az

Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ

23:4001 May, 2024
143
KRİMİNAL
  • A

Nərimanov Rayon Məhkəməsində vəkil Misir Şahquliyevin cinayət işi üzrə proses keçiriləcək.

Oxu24.com  “qafqazinfo”ya istinadən xəbər verir ki, vəkilin işi üzrə toplanmış materiallar hakim Vüsal Qurbanovun icraatına verilib. Misir Şahquliyevə qarşı yekun olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan olunub.

Oxu24.com  xəbər verir ki, Baş Prokurorluq cinayət məsuliyyətinə cəlb edilən vəkil Misir Şahquliyevlə bağlı məlumat yayıb: “Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb. Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib”.
Vəkillər Kollegiyası Rəyasət Heyəti isə vəkillə bağlı intizam icraatına başlamışdı. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı
Ali Məhkəmənin adından istifadə edərək dələduzluq edən şəxslərə cinayət işi açıldı
Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı