18 yaşlı gənc evdə ölü tapıldı
02 Mart 2025, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
557
01.05.2024, 20:17
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər vəsatət qaldıraraq ev dustaqlığında olan Aynur Bayramovanın da həbs edilməsini tələb ediblər. Onlar bunu ziyanın ödənilməsinin gecikməsi ilə əlaqələndiriblər.
Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti zərərçəkmişlərin vəsatətini əsaslı sayıb.
Qərara əsasən, A.Bayramova məhkəmə zalında həbs edilib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. A.Bayramova xərçəng xəstəliyindən əziyyət çəkən övladının olduğunu deyərək etiraz edib.
Prosesə ara verilib.
Həmçinin oxuyun
***
Həbs edilən A.Bayramovanın vəziyyəti pisləşdiyinə görə proses təxirə salınıb.
Müttəhim konvoyun köməyi ilə cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, prokuror qətimkan tədbirinin həbslə əvəz edilməsinə ehtiyac görməyib. Lakin hakimlər şəxsin həbsini uyğun biliblər.
Xatırladaq ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilmişdi.
12:09 / 01 Mart 2025
Xırdalanda 27 yaşlı qız intihar etdi
213
11:46 / 01 Mart 2025
Dəm qazından öldü
178
10:27 / 01 Mart 2025
6 nəfər həyatını itirib - ADLAR
488
21:40 / 28 Fevral 2025
Dünyasını dəyişən onlar imiş - ADLAR
1193
20:27 / 28 Fevral 2025
Ağır qəza: 5 nəfər ölən var
1968
18:48 / 28 Fevral 2025
Evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
238
16:26 / 28 Fevral 2025
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
217
15:26 / 28 Fevral 2025
Fatimə Mövlamlı saxlanıldı
478
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.