“Bloomberg” mayın 1-də bildirib ki, Ukraynada münaqişə zonasında vəziyyət kritik məqama çatıb.
Oxu24.com xəbər verir ki, “Ukraynadakı hərbi əməliyyatlar həlledici, çıxılmaz bir məqama çatıb”, - nəşr yazır.
Məqalə müəllifinin fikrincə, yaxın aylarda Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti kifayət qədər çətin olacaq.
ABŞ-ın Kiyevi artilleriya sursatları ilə təchiz etməyə tələsməsinə baxmayaraq, rus qoşunları ukraynalılardan iki-üç dəfə çox olacaq və Ukrayna Silahlı Qüvvələrinə lazım olan hava hücumundan müdafiə sistemləri çatışmır.
Bundan əlavə, Ukrayna tərəfi işçi qüvvəsi çatışmazlığı problemi ilə üzləşir, komandanlıq yeni qoşunların cəlb edilməsində ləng gedir, bu isə o deməkdir ki, lazımi heyətin səfərbər edilməsi və hazırlanması aylar çəkəcək.
Qeyd olunur ki, Kiyev hətta müdafiənin dağılması baş verməsə belə, ilin sonuna qədər daha çox ərazi itirə bilər.
Eyni zamanda, yeni ərazilərin itirilməsi döyüş əməliyyatlarını məqbul şərtlərlə dayandırmaq imkanını əhəmiyyətli dərəcədə çətinləşdirildiyi məqalədə qeyd olunur.
Nigar
Oxu24.com
ŞƏRHLƏR