Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107610
az

"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"

21:1501 May, 2024
126
CƏMİYYƏT
  • A

Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddialar səsləndirib.

OXU24.COM  xəbər verir ki, məsələni Trend-ə şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Fransa uzun müddətdir Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti özünü müxtəlif müstəvilərdə göstərməkdədir.

O qeyd edib ki, Fransa ölkəmizə istiqamət verməyə, yön göstərmək məqsədlərini ortaya qoyur.

"Bu xüsusda da Azərbaycanın xarici siyasət vektorlarına da korrektələr etmək maraqlarını gizlətmir. Digər tərəfdən Fransa ölkəmizin daxili işlərinə qarışmaqla yanaşı, ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı fəaliyyət həyata keçirir. Fransa həm də öz maraqlarının təminatçısı rolunda çıxış edir və buna çalışır. Ermənistandan öz marginal maraqları üçün istifadə edir.

Bir zamanlar Azərbaycan ərazisində olan separatçılar Fransaya dəvət alır və böyük dəbdəbəylə qarşılanır. Fransanın dövlət televiziyalarında onlara yer verilir, fəaliyyəti işıqlandırlır.

Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ölkəmiz üçün təhlükəsizlik və sabitlik önəmlidir. Ölkəmiz bu istiqamətdə öz fəaliyyətini qurur. Azərbaycana qarşı bu çirkin və əsassız iddialar səsləndirmək yolverilməzdir. Belə yanaşmalar bölgədəki sabitliyi pozur və destruktiv mahiyyət daşıyır", - deyə o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faciəvi şəkildə ölən Süleymanın FOTOSU
Sürücülər cərimələnməmək üçün görün hansı təhlükəli üsula əl atırlar -VİDEO
Ombudsman İƏT-in Baş katibindən mina probleminin həllində dəstək istədi -FOTO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi