Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.
oxu24.com xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, telefon danışığında Ermənistandakı mövcud vəziyyət müzakirə edilib.
"Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, - məlumatda bildirilib. Oxu24.com
ŞƏRHLƏR