Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107593
az

“Gürcü arzusu” xarici agentlər haqqında qanun qəbul etmək niyyətindədir

19:2201 May, 2024
89
DÜNYA
  • A

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, hakim “Gürcü arzusu” partiyası etirazlardan yaranan narahatlığa baxmayaraq, xarici agentlər haqqında qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə TASS məlumat yayıb.

 

Onun fikrincə, qanun layihəsinin qəbulundan yaranan diskomfort bir neçə gün davam edəcək.

O, hesab edir ki, gələcəkdə bu təşəbbüs ölkəni uzun illər qütbləşmədən və radikalizmdən sığortalamağa imkan verəcək.

Kobaxidze həmçinin qanun layihəsinə qarşı keçirilən mitinqlərdə hüquq-mühafizə orqanlarını səbirli olmağa çağırıb.

Bundan əvvəl politoloq Vaso Kapanadze bildirib ki, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı müzakirələr prosesi sakit getməyəcək, yekunda qanun qəbul olunacaq.

Mayın 1-də Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirə olunacağı plenar iclas başlamazdan əvvəl müxalifət nümayəndələri ilə hakim çoxluq arasında dava düşüb.

İnsident müxalifətin “Vahid Milli Hərəkat” siyasi birliyinin rəhbəri Levan Xabeişvilinin yaralandığı xüsusi təyinatlı qüvvələrin hərəkətləri ilə bağlı hakimiyyətə qarşı ittihamlarla başlayıb.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Film kimi hadisə: Vəfat edən idmançının xatirəsinə keçirilən oyunda...
Gürcüstanda etiraz aksiyaları səngimək bilmir
Verdiyi sözləri tutduğunu görmədik - Ərdoğan İsrail Prezidenti barədə

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat