Martın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə baş vermiş silahlı insident zamanı şəhid olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu dəfn edilib.
Oxu24.com -un məlumatına görə, Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış hərbçimiz Göygöl rayonu Yeni Qızılca kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, hadisə zamanı Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu isə yaralanıb.
Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.
Oxu24.com
ŞƏRHLƏR