Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107568
az

Bu obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə ödəniş müəyyənləşdi

15:2001 May, 2024
112
CƏMİYYƏT
  • A

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası müəyyənləşib.

Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.

Qoşulma nöqtəsi tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulma yeridir. Qoşulma müqaviləsi tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması şərtlərini özündə əks etdirən sənəddir.

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş həyata keçirəcək.

Qoşulma xidmətinə görə ödəniş məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektləri üçün layihələndirməyə, tikinti quraşdırma işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər daxil olmaqla), sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə su təsərrüfatı və kanalizasiya müəssisələri tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdir.
Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti quraşdırma işləri su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətlərinə görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçiriləcək.

Su təchizatı müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə onun tələbatına və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun su təchizatı sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3-6 aylıq kurs bitirib setfikatla iş tapmaq mümkündür? - VİDEO
Hansı insanlar xərçəngə daha çox tutulur?
Kadırov Hüseynin toyunda tamada olacaq - VİDEO - FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO