Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107558
az

İpotekaya xitam verilən hallar genişləndi

14:1401 May, 2024
90
İQTİSADİYYAT
  • A

İpotekaya xitam verilən hallar genişlənib.

Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.

Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:

- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
- əsas öhdəliyə xitam verildikdə;
- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
- ipoteka predmeti məhv olduqda;
- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hindistan Bankının əsas faiz endiriminin səbəbi açıqlandı
“Azeri Light” bu gün neçəyə satılır?
Rubl görün neçəyə oldu— MƏZƏNNƏ

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi