Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107554
az

\"Bu zarafata görə 14 ildir onu danışdırmıram\" - Dilarə Əliyeva (VİDEO)

13:2901 May, 2024
179
  • A

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib.

Oxu24.com xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:

"Gözümün işığı, ən sevdiyim adam olsun, mən yemək yeyəndə birdən bununla bağlı hanısa zarafat edər, elə bil başımda sinirin üstünə basar. Bir dəfə çəkiliş meydançasında idik. Yemək vaxtı idi. Çox iştahlı yeyirəm, yemirəmsə, yemirəm. Hiss etdim ki, çox hörmətli biri əlini süfrədən çəkib mənə baxır. Ürəyimdə düşündüm ki, inşallah heç nə deməz. Çox hörmətli də biridir. Baxıb dedi ki, "Ay Dilarə başını bir qaldır, bəlkə doymusan?"Yeməyi qabağımdan çəkib durub getdim. Bu, 2010-cu ildə olub. Üstündən 14 ildir keçib. Həmin adamı indi danışdırmıram. Adını demirəm. Birdən mən yemək yeyəndə yanımda kimsə mənə "sən nə qədər yeyirsən?" desin. Özümdən asılı deyil, küsürəm".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Kızılcık şerbeti”ndə yeni aktrisa- Foto
Müğənninin jurnalist qardaşı  evdə     ölü    tapıldı
“Qəzaya görə çox kədərliyəm”- Tarkan

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Pirotexniki vasitələr    satanlar    tutuldu