Fələstinin Həmas hərəkatı girovlarla bağlı danışıqlarla bağlı yeni açıqlama verib.
Məlumata görə, guya İsrail tələblərdən birində güzəştə gedib.
Oxu24.com xəbər verir ki,Bu barədə “Kanal 12” yazır.
Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə kanalına istinadən HƏMAS təşkilatındakı mənbə bildirib ki, İsrail “atəşkəslə bağlı tələblərimizi müəyyən qədər yerinə yetirib”.
İsrail tərəfi hələlik bu bəyanatı şərh etməyib.
Bundan əvvəl ABŞ Qəzza zolağında atəşkəslə bağlı İsrail və HƏMAS arasında aparılan danışıqların uğurla başa çatacağına ümid etdiyini bildirib. Dövlət katibi Antoni Blinken qeyd edib ki, Həmas İsraildən “inanılmaz dərəcədə səxavətli” təklif almışdır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR