Qaynar xətt:

(+99450) 247 90 86

“Mançester Yunayted”in futbolçusu  fotoqrafı işə götürüb

İDMAN

298

30.04.2024, 20:22

"Mançester Yunayted"in braziliyalı hücumçusu Entoni matçlar zamanı onun şəkillərini çəkən şəxsi fotoqrafı işə götürüb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə The Sun məlumat yayıb.

 

Bildirilir ki, fotoqrafın işinin məqsədi futbolçuya sosial şəbəkələr, eləcə də reklamçılar üçün eksklüziv fotoşəkillər təqdim etməkdir.

 

Entoninin müxbirə nə qədər pul ödədiyi barədə məlumat verilmir.

 

Aprelin 27-də İngiltərə Premyer Liqasının (APL) 35-ci turunun “Bernli” ilə oyununda (1:1) hesabı açan Antoni oyuncaq Soniclə qolu qeyd edib. Oyuncağı ona şəxsi fotoqraf verdiyi və bütün matçlara özü ilə apardığı məlum olub.

Antoni 2022-ci ildə "Ayaks"dan 95 milyon avroya "Mançester Yunayted"ə keçib. İndi Transfermarkt portalı onun dəyərini 28 milyon dəyərində qiymətləndirir.

 

Nigar