Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələrinə inamı silah tədarükündə gecikmələrə görə sarsılıb.
Oxu24.com "Reuters"ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Əlbəttə ki, söz verdiyimizi yerinə yetirməməyimiz Ukraynanın etimadını sarsıtdı”, Stoltenberq bildirib.
Aprelin 24-də ABŞ prezidenti Co Bayden ölkənin müttəfiqlərinə Ukrayna, İsrail və Tayvan timsalında hərbi yardım haqqında qanun imzalayıb.
Sənəd Vaşinqtonun Kiyevi dəstəkləmək üçün təxminən 61 milyard dollar xərcləyəcəyini nəzərdə tutur.
Keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter bildirib ki, ABŞ silahlarını Polşa ərazisində saxlayır və onları Ukraynaya təhvil verməyə tələsmir, çünki onlar bu texnikanın rus qoşunları tərəfindən məhv edilməsindən qorxurlar.
Bundan əvvəl Norveçin baş naziri Jonas Gahr Støre bildirmişdi ki, krallıq bu il Ukraynaya yardımı 7 milyard Norveç kronu (633 milyon dollar) artıraraq, ümumilikdə 22 milyard krona (təxminən 2 milyard dollar) çatdıracaq.
Bundan əvvəl Aİ-nin 20 il ərzində Şərqi Avropaya nə qədər sərmayə qoyduğu məlum olub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR