Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107466
az

Mina probleminin aradan qaldırılmasında xarici dəstəyin göstərilməsinin zəruridir - XİN

14:2030 Aprel, 2024
112
SİYASƏT
  • A

29 aprel 2024-cü il tarixində minatəmizləmə sahəsində donor ölkələrin əlaqələndirmə formatı olan “Minatəmizləməyə Dəstək üzrə Qrup”un Cenevrə şəhərində keçirilmiş iclasında Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ANAMA-nın nümayəndələri Ermənistan tərəfindən ölkəmizdə törədilmiş dağıntı və mina probleminin miqyası, mina qurbanları, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər və çətinliklər, ehtiyac duyulan xarici yardımlar və mina problemi sahəsində Azərbaycanın beynəlxalq fəaliyyəti haqqında toplantı iştirakçılarını məlumatlandırıblar.

Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışına, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə, əhalinin təhlükəsizliyinə birbaşa təsir edən mina probleminin tezliklə aradan qaldırılmasına lazımi ölçüdə xarici dəstəyin göstərilməsinin zəruri olduğu diqqətə çatdırılıb. Bu yardımın humanitar həmrəyliyin şərti kimi inkişaf, sülh və barışığa yardım edə biləcəyi iclas zamanı vurğulanıb.

Tədbirdə ölkəmizdəki mina probleminin bu və ya digər aspektləri haqqında fikir mübadiləsi aparılıb və bu məsələ üzrə problemlərin həlli məqsədilə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Milli Məclis Ermənistana təzyiq     etməyə    çağırdı
Prezident İranın Təhlükəsizlik Şurasının katibini qəbul etdi- FOTOLAR

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu