"Vətən müharibəsində, eyni zamanda 2022-ci ildə Laçın rayonunda kəskin hava şəraitində itkin düşmüş iki əsgərimizin axtarışları aidiyyəti dövlət qurumları tərəfindən davam etdirilir".
Oxu24.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu iş sonuncu itkinin taleyinin aydınlaşdırılmasına qədər davam edəcək:
"Arzu edirəm ki, bu prosesi bütün itkin yaxınlarının istəyinə uyğun yekunlaşdıraq".
Oxu24.com
ŞƏRHLƏR