Bu gün adları açıqlanan itkin düşmüş şəxslərin bəzilərinin qalıqları ailələrinə təhvil veriləcək.
Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.
Qeyd olunub ki, əvvəlcə Beyləqan rayonundakı 10 nəfər, Edilli, Daşaltı və Sarıcalı kəndində müəyyən olunmuş şəhidlərimiizin qalıqları ailələrinə təhvil veriləcək.
O bildirib ki, dəfn prosesi ailələrin arzusuna uyğun olaraq həyata keçiriləcək.
Oxu24.com
ŞƏRHLƏR