Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10746
az

Dünyada ilk dəfə səhifələri ipəkdən olan "Qurani-Kərim"i hazırlayan azərbaycanlı xanım kimdir?

09:4811 Mart, 2019
733
OXU24 TV
  • A
 
Oxu24.com çoxlarının tanımadığı,amma əslində çox böyük işlər görən və tarixə düşən Azərbaycanlılar haqqında layihəsinə start verir. Layihəmizin ilk qəhrəmanı dünyada ilk dəfə səhifələri ipəkdən olan "Qurani-Kərim"i hazırlayan azərbaycanlı xanım, xəttatlıq ustası Tünzalə Məmmədzadədir.

T.Məmmədzadə “Qurani Kərim” ipək üzərində yazmamışdan əvvəl də ipək üzərində rəsm əsərləri işləyib:

“İpək üzərində müxtəlif mövzulu əsərlərlə bərabər dini mövzulu əsərlər də işləmişəm. Quranı ipək üzərində yazmaq qərarı təsadüfi oldu, əvvəlcə çox tərəddüt etsəm də anamın dəstəyi ilə 3 il ərzində bu arzumu reallaşdırdım. Müəllif hüquqlarım qorunur.”.

Rəssamın sözlərinə görə, Ərəb dilini bilmir:

“Ərəb hərflərini bilirəm, dini təhsilim də yoxdur. Mən bunu sırf sənət baxımından işləmişəm. “Qurani Kərim”in İslam ölkələrində, xüsusi ilə türkdilli ölkələrdə təqdimatının keçirilməsini istəyərəm”.

T.Məmmədzadə qeyd edib ki, Azərbaycan Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb:

“Qərb Universitetində modelyer rəsssamlıq üzrə magistratura, yenidən Rəssamlıq Akademiyasında modelyer rəssamlıq üsrə doktorantura təhsili almışam. Hazırda Marmara Universitetində sənət tarixi üzrə doktoranturada oxuyuram".

{banner_reklam}



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın namaz qılarkən qapı açıldı, onun başına gələnlərə inanmayacaqsınız-VİDEO
Sosial yardım almaq istəyənlərə şad xəbər: Artıq bu tələb yoxdur +VİDEO
Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO