Bakıda və bölgələrdə havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri və restoranların adları açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Movida Plaza", “Üzeyir", “Xudafərin”, “Neolit City", “Şahənşah”, “Qaynana", “Old Manqal", “Salam Baku", “Muğam Klub", “Səhər Mehi", “Nanə Pub", Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeni Həyat", “Romanse”, “Veqas", “Tərlan", ”Orman”, Gəncə şəhərində fəaliyyət göstərən "Tural", "Kəhraba", "Söyüdlük", Göygöl rayonunda fəaliyyət göstərən "Münasib", Samux rayonunda fəaliyyət göstərən "Çıraq Plaza" ictimai iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkarlanan faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Oxu24.com
ŞƏRHLƏR