“Ukrayna yaxın bir neçə il ərzində Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qəbul edilməyəcək”.
OXU24.COM xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji planlaşdırma üzrə baş direktoru Tomas Rayt deyib.
“Biz indi və yaxın bir neçə ildə Ukraynanın müdafiəsini və təhlükəsizliyini gücləndirmək üçün addımlar ata bilərik. Beləliklə, NATO-ya qoşulmaq məqamı yarananda, Ukrayna daha güclü mövqedə olar”,- deyə o qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR