Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107423
az

Ermənistan arxivindən şok sənəd - FOTO

00:0730 Aprel, 2024
238
CƏMİYYƏT
  • A

Ermənistanın Dövlət Arxivindən əldə etdiyimiz Azərbaycan və Ermənistan arasında ərazi məsələləri ilə bağlı sənədlərdə tam dəqiqliklə bütün ərazilər göstərilib. Əlbəttə, biz Azərbaycan, yaxud Rusiya arxivlərindən əldə etdiyimiz sənədi göstərək, qarşı tərəf bunun yalan olmasını iddia edə bilərdi. Elə özlərinin arxivindən istinad veririk ki, hay-küy salmasınlar.

OXU24.COM  Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.

O bildirib ki, həmin sənədlərdə bütün Azərbaycan-Ermənistan, Gürcüstan və Naxçıvan Muxtar Respublikasının sərhədləri dəqiq birgə komissiya tərəfindən müəyyən edilib:

"Sənədə fikir verin: Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 5 avqust 1929-cu ildə Tiflis şəhərində keçirilən görüşünün 5 saylı protokolunda əks edilib bu məlumatlar.

Ermənistan arxivində fond 112, opis 2, sənəd 1412, vərəq 35-38, topoqrafik nüsxə kimi qeydiyyata alınıb.
O zaman Azərbaycan SSR və Ermənistan SSR arasında delimitasiya və demarkasiya barədə komissiyanın təqdim etdiyi xəritə və coğrafi koordinatlar üzrə iclasda qəbul edilən ərazilərin adları və yerləridir.

Başkənd ərazisi Ermənistan SSR-in deyil, Azərbaycan SSR-in tərkibinə verilməsi barədə qərar qəbul edilir. Bu məsələnin icrası da Mərkəzi İcraiyyə Komitəsinə tapşırılır.

Bu sənəd göstərir ki, Başkənd Azərbaycan ərazisi kimi həm Cümhuriyyət, həm Sovetlər dövründə, həm də Azərbaycan Respublikası tərkibində olub.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib "Artsvaşen" edilməsi də Azərbaycan SSR-in ərazi-inzibati vahidlərinə qarşı təcavüz sənədi kimi qəbul edilməlidir.

Ermənilərin orda yaşaması və çoxluq təşkil etməsi anklav hüququna daxil deyil. Çünki bu ikitərəfli razılıq əsasında olmalı idi. O zaman Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin razılığı və təsdiqi olmadığı halda Ermənistan rəhbərliyinin bu addımı hüquqa zidd addım sayılır".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar artist: "Efirdə bayağı mahnı oxuyanlar cəzalanmalıdır"
Azərbaycanda piylənmədən ən çox qadınlar əziyyət çəkir
Abşeronda körpə ürək çatışmazlığından öldü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO