Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107403
az

Qaz olmayacaq - XƏBƏRDARLIQ

19:1729 Aprel, 2024
1146
REDAKTORUN SEÇİMİ
  • A

Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

 

Oxu24.com-un  məlumatına görə, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulub.

 

Həmçinin Masallı rayonu ərazisində yerləşən, “Masallı" qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Duty Free-dən 7,5 milyon dollarlıq saat alan azərbaycanlı kimdir?
Dəhşətli xəbər gəldi: Meşədən meyitləri tapıldı
Rubl neçəyədir?

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO