Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107377
az

İmtahanların saatı dəyişdirildi - İsti havaya görə

14:4729 Aprel, 2024
68
CƏMİYYƏT
  • A

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Oxu24.com xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

“İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar. Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir”, - məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq
Ukraynaya 4,2 milyard avro dəyərində yeni yardım

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO