Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107351
az

Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzdu

11:2729 Aprel, 2024
118
İDMAN
  • A

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatının oyununu idarə edib.

Oxu24.com xəbər verir ki, o, Superliqada “Panatinaikos” və “Aris” komandaları arasında keçirilən matçda ədaləti qoruyub.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.

Görüş Fatih Terimin başçılıq etdiyi "Panatinaikos"un minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədə Alvaro Zamora vurub. Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya sarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sı isə qonaqların payına düşüb.

Qeyd edək ki, bu nəticədən sonra 71 xalı olan "Panatinaikos" 3-cü, 52 xalı olan "Aris" isə 5-ci pillədə qərarlaşıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə millisinin pley-off oyunlarındakı rəqibi    bəlli     oldu
“Fənərbağça” hücumçusunu 34 milyon avroya satmaqdan   imtina    edib
PSJ 50 ildir ev oyunlarını keçirdiyi stadionu   tərk   edir

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi