ABŞ yeni “qiyamət təyyarəsi” yaradaraq, GPS siqnalı olmadan və peyklərin sıradan çıxdığı şəraitdə işləyə bilən bir təyyarə əldə etməyə çalışır.
Oxu24.com xəbər verir ki,bu barədə hərbi ekspert Aleksey Leonkov RİA Novosti ilə söhbətində bildirib.
Onun sözlərinə görə, indiki mərhələdə ABŞ aparıcı rolu Global Hawk PUA-ları və JSTARS təyyarələrinin oynadığı qlobal kəşfiyyat sistemini aerokosmik kəşfiyyat sistemi ilə əvəz etmək istəyir.
Ekspertin sözlərinə görə, bu sistemdə əsas rolu amerikalı sahibkar İlon Maskın SpaceX şirkəti tərəfindən istehsal olunan Starshield peykləri oynayacaq.
"Onlarla qarşılıqlı əlaqə üçün bu yeni təyyarə sifariş edildi, onun əsas xüsusiyyəti GPS naviqasiyası olmadıqda işləmək qabiliyyəti olmalıdır",- deyə Leonkov bilirib.
Aprelin 27-də ABŞ-ın Amerika liderləri üçün yeni “qiyamət təyyarəsi” hazırlamaq üçün Amerika təyyarə istehsalçısı Sierra Nevada Corporation ilə 13 milyard dollarlıq müqavilə bağladığı bildirildi.
Bundan əvvəl Flightradar24 Vilnüsdə ABŞ-ın “qiyamət günü” təyyarəsini qeydə almışdı.
Afət
Oxu24.com
ŞƏRHLƏR