Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107240
az

Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?

12:2427 Aprel, 2024
173
SİYASƏT
  • A

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını və 32 ildən bəri Ermənstanda işğalda qalmış 8 kəndimizin 4-nün azad edilərək Azərbaycana təhvil verilməsinin dayandırılmasını tələb edən şəxslərin keçirdikləri etiraz aksiyaları gün keçdikcə tragikomediyaya çevrilməyə başlayır.

Qrotesk o həddə çatıb ki, Ermənistanın müxtəlif yerlərində yolları bağlayan şəxslər arasında kənar dövlətlərin mikroskopik nüfuza malik agenturası, baş verənləri yeknəsəq günlərə rəng qata biləcək əyləncə sayanlar və hətta fırıldaqçıların sayı sürətlə artır.

Məsələn, Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yolu bağlayanlar arasında özünü "liderlərlərdən biri" elan edən həxs erməni jurnalistlərə "general-leytenant Martin Karapetyan" kimi müsahibə verib.

Dahat sonra isə "general-polkovnik Arakelyan" kameralar qarşısında peyda olub.

Ermənistan ordusunun qalıqlarında belə "general"lar yoxdur və fırıldaqçılar yaranmış vəziyyətdən istifadə edərək pul qazanmağa çalışıblar.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan da rəhbərlik etdikləri "Ermənistan" ilə "Şərəfim var" parlament fraksiyalarındakı deputatlar vasitəsilə aksiyalara qatılıblar.

R.Köçəryanın oğlu Levon Köçəryan isə yol bağlayanların yanında duraraq foto çəkdirib, sonra isə həmin fotolar "təsadüfən" sosial şəbəkələrdə "Ermənistanın gələcək baş naziri" yazısı ilə paylaşılıb.

Vəziyyətdən Ermənistandakı siyasi parazitlərlə yanaşı, müxtəlif ölkələrdəki ermənilər də mümkün qədər aktiv istifadə etməyə çalışırlar.

Rusiya Ermənilər İttifaqının (REİ) rəhbəri Ara Abramyanın Moskvada təşkil etdiyi, qondarma "erməni soyqırımı"nın "anım günü"nə həsr olunmuş konfransda çıxış zamanı da qrotesk vardı.

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan səhnəyə çıxaraq uydurma "soyqırım"dan bir qədər danışandan sonra Nikol Paşinyandan bəhs etməyə başlayıb.

"Paşinyanın xuntanını hakimiyyətdən kənarlaşdırmaq və istefaya yollamaq yetərli deyil. Paşinyanla adamları həbs olunmalı, əməllərinə görə qanun qarşısında cavab verməlidirlər", - A.Karapetyan deyib.

REİ-nin vitse-prezidenti Lüsik Qukasyan səbrinıə hakim olmayaraq sabiq nazirin sözünü kəsib: "Anlamıram, Ermənistanın keçmiş müdafiə naziri burada nə edir?! Üstəlik, sayğı və diqqət tələb edir. O, indi Ermənistanda olmalıdır!"

A.Karapetyan küsərək tədbiri tərk edib.

Elə həmin gün A.Karapetyan Moskvadakı mənzilindən Ermənistan vətəndaşlarına videomüraciət edib.

"Ümumerməni Cəbhəsi"ni yaratdığını elan edən A.Karapetyan Ermənistan vətəndaşlarını kütləvi etiraz aksiyalarına, nümayiş və yürüşlərə çağırıb.

Onun çağırışında bir məqam diqqətçəkəndir: "Hakimiyyət dəyişikliyini dəstəkləyirik, lakin əvvəllə hakimiyyətdə olanları və ya kənardan təsir altında fəaliyyət göstərənləri hakimiyyətdə görmək istəmirik".

Beləliklə, Ermənistanda hakimiyyət uğrunda mübarizəyə başladığını bəyan edən general A.Karapetyan ölkənin sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla heç bir halda tərəfdaş olmayacağını, hansısa koalisiya qurmayacağını bildirib. Təbii, A.Karapetyan İrəvanda hakimiyyət dəyişiklikliyini reallaşdıra biləcək nüfuza və imkana malik şəxs deyil. O, sadəcə Rusiyadakı müəyyən qüvvələrin İrəvandakı vəziyyətə təsir üçün yeni alət qismində istifadə etdiy şəxs olduğundan Köçəryan və ya Sarkisyanla hansısa əməkdaşlığın mümkünlüyündən danışmaq, yumşaq desək, çox tezdir.

Hazırda Ermənistanda Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı işlərin sürətlə getməsindən etiraz aksiyaları üçün səbəb qismində istifadə edən qüvvələrin məramı bəllidir: onlar Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün əlverişli situasiyanın formalaşdığını düşünürlər.

Daxildəki "sabiq"lər və ölkə xaricindəki erməni diasporu, xüsusilə də Rusiyadakı erməni icma təşkilatlarının rəhbərləri tərəfindən maliyyələşdirilərək idarə olunan kütlə etiraz aksiyalarının ciddi nəticə verəcəyini düşünürlər. Sadəlövhlükdür, çünki Ermənistanda Paşinyanın mövqelərini istefaya vadaretmə səviyyəsinədək zəiflədəcək qüvvə, həmçinin zəruri şərait yoxdur.

Ermənistanda Robert Köçəryanla Serj Sarkisyanın hakimiyətə qayıdış xəyalları da illüziyadır - ermənilərin çoxu onlara sözün əsl mənasında, nifrət edirlər.

Amma bu, onların əsrlərdən bəri formalaşan və hələ də qüvvədə olan ideoloji paradiqmalarına, yaşamlarının mənəvi əsaslarına qətiyyən təsir etmir.

Ermənistan vətəndaşları ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin şüurlarındakı "Vətən", "Torpaq", "Yurd" məhfumları reallıqlara cavab verməyərək miflərə, əsatirlərə, uydurma tarixi illüziyalara əsaslanır.

Qonşu ölkənin müstəqillik qazanan ilk gündən bəri keçdiyi zaman kəsiyində inkişafını əngəlləyən, irəliləyişinə mane olan əsas amil də ermənilərin uydurduqları narrativlərin, xəyallarındakı mifik "Böyük Ermənistan" idefiksinin qurbanı olmaları, ərazi iddiaları və irqçiliyi normal prinsiplər saymalarıdır.

Halbuki ermənilərin intellektual potensialı az deyil və erməni cəmiyyəti normal inkişaf yolunu seçsəydi, Azərbaycanla Türkiyəyə qarşı marazmatik iddialardan əl çəkib tərəfdaşlıq, qonşuluq və əməkdaşlıq yolunu tutsaydı, Cənubi Qafqazda sülhlə stabillik çoxdan bərqərar olmuşdu.

Ermənilərsə öz qüvvələrini, potensiallarını və imkanlarını boş xəyallaar sərf edərək böyük dövlətlərin çirkin geosiyasi oyunlarında alət oldular, vədlərə aldanaraq yerinə yetirilməyən və əsla reallaşdırılmayacaq "öhdəlik"lərin qurbanı oldular.

Erməni cəmiyyətinin ən böyük səhvi isə qondarma "erməni soyqırımı" yalanını qüvvədə saxlaması, Türkiyə və Azərbaycanla yanaşı, bütün dünyaya məhz həmin yalanın müstəvisindən baxmasıdır.

Ermənistanın indi üzləşdiyi tarixi, mənəvi, siyasi və geosiyasi dalana aparan yanlış yol da məhz saxta narrativlər, mənasız illüziyalardır.

Rəsmi İrəvan saxtakarlıq və yanlışlar, uydurmalar və xəyallar üzərində qurulmuş prinsipləri tarixə, iddialarını - siyasətə, psixi travmalarını isə yaddaşa çevirdiyi üçün fasiləsiz şəkildə hami, dayaq, havadar arayır. Belə arayışlar mütləq şəkildə erməniləri "hami"lik iddiasında olanların oyuncağına və marionetinə çevirir.

Ermənilər asılılıqdan qurtulmaq, müstəqil dövlət olmaq, inkişafa başlamaq və forpost statusu ilə vidalaşmaq istəyirlərsə, saxta narrativlərdən əl çəkməlidir.

Ağrılı prosesdir, sürətlə bitən deyil.

Ancaq başqa yol və ya vasitə yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü